Zəngilana müntəzəm marşrut xətti açıla bilərmi?
Xəbərlər
21 İyul 2022 17:40

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Ağıllı kənd"in inşa olunduğu və bir qrup sakinin köçürüldüyü Zəngilan rayonunun Ağalı kəndinə müntəzəm marşrut xəttinin açılması ehtimalına münasibət bildirib. Qurumdan Report-un sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərə yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir. Marşrutların açılması “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Sözügedən istiqamət üzrə sərnişindaşıma fəaliyyətinin və nəqliyyat xidmətlərinin təmin edilməsi üçün müvafiq infrastruktur qurulduqdan sonra bütün lazımi tədbirlər həyata keçiriləcək.
Xatırladaq ki, “Ağıllı kənd” layihəsinin I mərhələsi üzrə açılış mərasimi bu il mayın 27-də olub. Kəndə 58 sakin - 10 ailə köçüb. Bu ayın sonuna qədər ümumilikdə 201 sakinin - 41 ailənin Ağalıya yerləşdirilməsi nəzərdə tutulur.
Oxunub : 1234
DİGƏR XƏBƏRLƏR
30 Sentyabr 2026 23:39
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
30 Sentyabr 2026 22:52
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
30 Sentyabr 2026 21:36
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
30 Sentyabr 2026 19:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
29 Sentyabr 2026 20:53
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
29 Sentyabr 2026 18:53
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
28 Sentyabr 2026 18:47
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
28 Sentyabr 2026 18:23
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
26 Sentyabr 2026 19:52
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
26 Sentyabr 2026 18:12
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
26 Sentyabr 2026 16:19
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
26 Sentyabr 2026 14:47
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ŞƏRH YAZ












