Zəngilanın kəndlərinin layihələri hazırlanır - Vahid Hacıyev

“Hazırda tikilən dəmiryol xətti, avtomobil yolu, o cümlədən tikintisi bu ilin sentyabrında başa çatacaq Zəngilan Beynəlxalq Hava Limanı Zəngəzur dəhlizinin bir hissəsidir”.
Avtosfer.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Prezidentin xüsusi nümayəndəsi bildirib ki, dəmiryol xətti, avtomobil yolu və Zəngilan Beynəlxalq Hava Limanının tikinti sürətlə davam etdirilir: “Hazırda Zəngilanda infrastruktur layihələri, sosial layihələr, o cümlədən kənd təsərrüfatı ilə bağlı kifayət qədər layihələr həyata keçirilməkdədir. O cümlədən Zəngilanın digər kəndlərinin konsepsiyası və layihələri hazırlanır”.
Qeyd edək ki, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindən başlayıb. Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalıya köçürülür.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












