Zərifə Abbasova haqda qiyabi həbs qərarı çıxarıldı - Axtarışa verildi

Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin 980 min manat mənimsəmədə ittiham olunan mühasibi Zərifə Abbasova haqda qiyabi həbs qərarı çıxarılıb.
Avtosfer.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyev belə qərar qəbul edib.
Z.Abbasova həm ibtidai, həm məhkəmə istintaqı dövründə azadlıqda olub. Lakin xanım müttəhim bundan sui-istifadə edib. O, ardıcıl bir neçə məhkəmə prosesinə gəlməyib. Hakim bu səbəbdən xanım müttəhimin həbs edilməsini uyğun hesab edib.
Qərara əsasən, Z.Abbasova həbsli axtarışa verilib. Qərar icra olunana kimi məhkəmə istintaqı dayandırılıb.
Qeyd edək ki, Zərifə Abbasova 2017-2022-ci illər ərzində Nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırmaqda, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əməkhaqqı kartına köçürərək təşkilata məxsus 980 min manatdan artıq pul məmimsəməkdə ittiham edilir.
Qafqazinfo
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












