Zirzəmidə doldurub “bulaq suyu” adı ilə satırlar - VİDEO

Yasamalda zirzəmidən çıxarılan su “bulaq suyu” adı altında satılır.
Avtosfer.az xəbər verir ki, müxtəlif adlar və markalarda olan su qabları rayonun Ağa Yusif Dadaşov ünvanında beşmərtəbəli binanın zirzəmisində doldurulur. Lakin qablaşdırmanın üzərində təbiət mənzərələri, bulaq, çeşmə və dağ təsvirləri var. Görüntülərdən də aydın olur ki, su qablarının əksəriyyətinin ağzı açıq, toz içindədir. Ətrafı da məişət tullantıları bürüyüb.
Çəkiliş aparılan müddətdə zirzəminin qarşısında 4 maşına su yüklənib. Sürücülərin sözlərinə görə, onlar suyu sifarişlə aparırlar.
Məhəllə sakinləri də bu şirkətdən su almadıqlarını deyirlər. Hətta satış üçün aparılan qablardakı suyun krantdan doldurulduğu da iddia edilir.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, həmin çıxarışın olmasına baxmayaraq, məhsulun etiketində mərkəzəşdirilmiş su xəttinə verilən suyun müxtəlif filtrlərdən keçirilməklə qablaşdırılması faktı bəyan olunmalıdır. Əks tədqirdə bu yolverilməzdir.
Agentlikdən, həmçinin bildirilib ki, Bakı Regional bölməsi “Araz su” əmtəə nişanlı minerallaşmış su satışı ilə məşğul olan şirkətin fəaliyyətini araşdıracaq. Nəticəsi ilə bağlı da ictimaiyyətə məlumat veriləcək.
Daha ətraflı süjetdə:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












