Maşının hansı hissələrində nasazlıq olduğunu necə öyrənmək olar? – SÜRÜCÜLƏR BU QOXULARA DİQQƏT ETMƏLİDİR

Avtomobilin hissələri zamanla və yürüş məsafəsi artıqca xoşagəlməz qoxular əmələ gətirir. Bu qoxular isə müxtəlif texniki problemlərin əlaməti ola bilər.
Avtosfer.az xəbər verir ki, sürücülər tez-tez avtomobil spreyindən istifadə etsələr də, əslində bu qoxuların mənasını anlamaqla vaxtında tədbir görmək mümkündür. Avtomobilinizdə yaranan qoxular yalnız narahatlıq yaratmaqla yanaşı, həm də texniki problemləri vaxtında aşkar etməyə kömək edir. Bu isə təmir xərclərini əhəmiyyətli dərəcədə azalda bilər. İşdə avtomobillərdə yaranan qoxuların mənaları bunlardır:
1. Qızartma qoxusu: Bu qoxu əyləc və muftaların yanması ilə əlaqədardır. Disklərin sürtünməsi nəticəsində yaranan yüksək temperatur bu qoxuya səbəb olur. Xüsusilə debriyajı volanla birləşdirən əyləc mayesi yüksək sürətlə sürüşdükdə temperatur artır və qızartma qoxusu yaranır.
2. Yanan rezin qoxusu: Avtomobilin mühərrikində və kanallarında rezin hissələr mövcuddur. Yanan rezin qoxusu bu hissələrdən birinin yüksək temperaturdan xarab olduğunu göstərir. Bu, həmçinin avtomobilin elektrik sistemində problem ola bilər.
3. Yanmış yağ qoxusu: Bu qoxu sürtkü yağının yanacaqla birlikdə yanması deməkdir. Digər bir izahat isə sürət qutusu və ya onunla əlaqəli yağ sistemində problem olduğunu göstərə bilər. Bu halda yağın dəyişdirilməsi və ya texniki müayinə tələb olunur.
4. Zəhərli qaz qoxusu: Bu qoxu avtomobil sahibləri üçün ən bezdirici qoxulardan biridir. Səbəb səsboğucudakı katalitik çeviricidir. İşlənmiş qazlar zamanla oksidləşir və lazımı temperatura çatmaqda çətinlik çəkirlər. Nəticədə kimyəvi reaksiya yarıda qalır və zəhərli qaz qoxusu yaranır.
5. Küf qoxusu: Müxtəlif səbəblərdən yığılan yarpaqlar və ya mikroorqanizmlər kondisioner sistemində küf qoxusuna səbəb olur. Bu xarici amillər kondisionerin buxarlandırıcısını sıradan çıxarır və suyun boşaldılmasına mane olur. Nəticədə göbələk, bakteriya və pis qoxu əmələ gəlir.
6. Karamel qoxusu: Bu qoxu mexaniki problemi göstərir və adətən soyuducu sistemlə bağlıdır. Soyuducuda həll olunan qlikol maddəsi isti hissə ilə təmasda olduqda şəkərə bənzər bir qoxu əmələ gətirir. Bu, soyuducu sistemində sızma və ya digər problemləri göstərə bilər.
Avtomobilinizdə yaranan qoxuları vaxtında müəyyən etmək və onların səbəbini anlamaq təmir xərclərini azaltmaqla yanaşı, avtomobilinizin ömrünü də uzada bilər. Hər bir qoxu müəyyən bir texniki problemin əlaməti ola bilər. Buna görə də qoxuları göz ardı etməyin və vaxtında mütəxəssislərə müraciət edin.
Eltac Zülfüqaroğlu
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO












