20 Yanvarda telefonla oynayıb yolu kəsən sürücüyə görün nə etdilər - VİDEO

Avtosfer TV 12 Fevral 2025 18:00 Oxunub 1750
20 Yanvarda telefonla oynayıb yolu kəsən sürücüyə görün nə etdilər   - VİDEO
WhatsApp kanalı|

Tıxacda və ya işıqforun qırmızı işığında gözləyərkən əksər sürücülər mobil telefondan istifadə edirlər. Bir qismi  gözləməkdən sıxıldığı üçün başını qatır, digərləri isə fürsətdən yararlanmağa çalışır. Nəticədə diqqəti yoldan yayınan sürücülər hərəkətə başlamalı olduqları vaxtda da dayanaraq digər nəqliyyat vasitələrinə əngəl törədirlər.

Qeyd etdiyimiz problemlə bağlı Bakının 20 Yanvar dairəsində xoşagəlməz mənzərə qeydə alınıb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Belə ki, “Toyota Camry” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında dayanaraq hərəkəti məhdudlaşdırıb. Kadrdan da göründüyü kimi, sürücünün başı telefona qarışdığı üçün sükan arxasında olduğunu unudub. Bu zaman arxada dayanan maşının sürücüsü ona yaxınlaşıb və işıqforun yaşıl işığının yandığını bildirib. Qayda pozan sürücü bu xəbərdarlıqdan sonra hərəkətə başlayıb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh