"Android"in Azərbaycan bazarındakı payı AZALIB

"Android"in Azərbaycan bazarındakı payı azalıb.
Avtosfer.az xəbər verir ki, "Global Stats" Statistika Mərkəzinin məlumatları əsasında apardığı hesablamalara görə, 2026-cı ilin avqust ayının yekunlarına əsasən, "Android" əməliyyat sisteminin Azərbaycan bazarındakı payı əvvəlki ayla müqayisədə 13,09 faiz bəndi azalaraq 47,25% təşkil edib.
Qeyd olunur ki, "Android" Azərbaycanın əməliyyat sistemləri bazarında liderliyini qoruyub. Populyarlığına görə ikinci yerdə "Microsoft Windows" qərarlaşıb. Bu əməliyyat sisteminin payı əvvəlki ayla müqayisədə 1,3 faiz bəndi azalaraq 24,7%-ə düşüb.
Üçüncü yerdə 13,59% bazar payı ilə "macOS" qərarlaşıb. İyul ayı ilə müqayisədə bu göstərici 12,19 faiz bəndi artıb.
"Global Stats"ın məlumatına görə, 2026-cı ilin avqust ayının yekunlarına əsasən, "Android" dünya üzrə axtarış xidmətləri bazarında da liderliyini qoruyub. İkinci yerdə "Microsoft Windows", üçüncü yerdə isə "iOS" qərarlaşıb.
Qeyd edək ki, "Android"in saytında dərc olunan məlumata görə, sentyabrın 1-də "Google Android Studio Quail 4"ün stabil versiyasının buraxıldığını elan edib. Bildirilir ki, bu, "Android Studio"nun sözügedən versiyasının istehsal məqsədli proqram təminatının hazırlanmasında istifadəsi üçün nəzərdə tutulan yekun stabil buraxılışıdır.
“Mühüm yeniliklərdən biri birbaşa "Android Studio"ya inteqrasiya edilmiş "Android Skills" funksiyasının istifadəyə verilməsidir. Bu, "Android" komandası tərəfindən hazırlanmış və süni intellekt agentinə platformaya xas tapşırıqların yerinə yetirilməsində kömək edən təlimatlar toplusudur. Buraya "Android Gradle Plugin"in yenilənməsi, tətbiqlərin profilləşdirilməsi, "Navigation 3" ilə iş və interfeysin müxtəlif cihazlara uyğunlaşdırılması kimi tapşırıqlar daxildir. Ümumilikdə, "Android Studio"da 23 belə bacarıq əvvəlcədən yüklənib.
Bundan əlavə, "Android Studio Quail 4 Google"un açıq modeli olan Gemma 4 ilə daxili inteqrasiya əldə edib. Tərtibatçılar üçüncü tərəf həllərini qoşmağa ehtiyac olmadan kod yazarkən kömək məqsədilə lokal modeldən istifadə edə bilərlər. Google bildirir ki, kiçik modelləri işə salmaq üçün 12 GB operativ yaddaşa malik kompüter kifayətdir, optimal iş üçün isə 32 GB və daha çox operativ yaddaş tövsiyə olunur”, - deyə Android-in məlumatında bildirilir. (Trend)
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI










