Azyaşlının maşın sürməyi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Avtomobil idarə edən azyaşlının müəyyən edilməsi, yaşının dəqiqləşdirilməsi istiqamətində iş aparılır.
Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məlumat verib.
O qeyd edib ki, nəqliyyat vasitəsini idarə edən şəxs 16 yaşına çatıbsa, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib ediləcək, şəxs 100 manat məbləğində cərimə olunacaq:
“Bu halda nəqliyyat vasitəsinin sahibi 60 manat məbləğində cərimə ödəməli olacaq. Görüntülərdə əks olunan oğlanın yaşı 16-dan az olduğu təqdirdə isə qeyd olunan addım onun valideyni ilə bağlı atılacaq. Valideynə protokol tərtib olunub, 60 manat məbləğində cərimə cəzası tərtib ediləcək.
Bu kimi hallarda müvafiq icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri də müvafiq addımlar atmalıdırlar. Ailə müəyyən edildikdən sonra onlarla profilaktik söhbət aparılmalı, bu kimi məqamların ciddiliyi, təhlükə ilə nəticələnə biləcəyi onlara izah edilməlidir.
Hər bir halda tərəfimizdən müvafiq araşdırılma aparılıb, hüquqi qiymət veriləcək”.
***
Bakıda azyaşlı uşaq avtomobil idarə edib.
Görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videodan aydın olur ki, o, “10-VF-085” dövlət nömrə nişanlı, ağ rəngli “Nissan Patrol” markalı avtomobili idarə edir.
Uşağın maşın sürərək, bunu lentə aldırıb, sosial şəbəkələrdə paylaşması istifadəçilərin iradlarına səbəb olub.
Görüntüləri təqdim edirik:
(oxu.az)
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












