Bahalı "Range Rover"lə yolu "protiv" kəsib mağazaya getdi - FOTO

Paytaxtın Xətai rayonu, İnqilab İsmayılov küçəsində (Həzi Aslanov metrosunun yanı) qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb.
Bu barədə Avtosfer.az-a vətəndaşlardan biri foto göndərib. Bildirilir ki, 90-US-777 dövlət nömrə nişanlı, "Range Rover" markalı avtomobilin sürücüsü əks istiqamətli yolda tam zolağı zəbt edərək avtomobili saxlayıb. Fotonu göndərən şəxs idda edir ki, sürücü maşından düşərək mağazaya gedib.
Bu cür qayda pozuntusu dayanma-durma ilə yanaşı əks istiqamətdə hərəkət etmə qaydasının pozulması kimi dəyərləndirilə bilər. Təbii ki, qiyməti 200 min dollara yaxın olan avtomobil idarə edən şəxs üçün bu cərimə gözə görünməyə bilər. Lakin insanlara qarşı bu qədər sayğısızlıq göstərmək "insanlıqdan" kənar bir addımdır. Fotonu təqdim edirik:

Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO














