Bakıda işıqforda yaranan texniki nasazlıq aradan qaldırılıb - VİDEO - FOTO

Ötən gün Yasamal rayonu, Dadaş Bünyadzadə və Xiyabani küçələrinin kəsişməsində yerləşən işıqforda yaranan texniki nasazlıq aradan qaldırılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, Mərkəzə problemlə bağlı müraciət daxil olduqdan sonra NİİM-in əməkdaşları əraziyə baxış keçiriblər və işıqforda yaranan texniki problem həll edilib.
“Ümumilikdə isə paytaxt ərazisində işıqforların texniki vəziyyəti ilə bağlı monitorinqlər keçirilir. Yol hərəkəti iştirakçıları tərəfindən daxil olan məlumatlar dərhal yoxlanılır, müraciətlər yerində və rəqəmsal metodlarla diqqətdə saxlanılır. Paytaxt yollarında işıqforlarla bağlı hər hansısa bir problem aşkar edildikdə vətəndaşlardan xahiş olunur ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sosial şəbəkə hesablarına və ya (012) 404 41 22 əlaqə nömrəsinə zəng vuraraq məlumat versinlər”, - NİİM-dən bildirilib.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO














