Bakıda "protiv" gedən taksi sürücüsünün vəsiqəsi əlindən alındı - VİDEO

Bakıda əks yola çıxaraq axına qarşı hərəkət edən taksi sürücüsü məsuliyyətə cəlb edilib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 99-VD-291 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü tıxac zamanı hamıdan önə keçmək üçün ayırıcı zolağın əks tərəfində qarşıdan gələn avtomobillərin üzərinə sürərək yolda təhlükəli vəziyyət yaradıb. Videogörüntüyə baxış keçirildikdən sonra sükan arxasında Ziyadov Hamlet Adıgözəl oğlunun olduğu müəyyən edilib. O, törətdiyi xətaya uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində cərimə edilib. Sürücü il ərzində törətdiyi xətalara görə 20-dən çox cərimə balı yığdığı üçün onun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.
Könül
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












