Yarışa çıxıb təhlükə yaradan moped sürücülərindən qorxulu hərəkətlər - VİDEO

Paytaxt küçələrində təhlükəli hərəkətlər edən moped sürücülərinin görüntüləri avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, Qara Qarayev prospektində qeydə alınan videogörüntüdə moped sürücülərindən biri ən sol zolaqla hərəkət edir, onun arxasınca gələn iki moped sürücüsü isə yüksək sürətlə avtomobillərin arasından keçərək yarışır. Sonda hər üç moped sürücüsü birləşərək hərəkətlərinə davam edib.
Digər görüntü isə paytaxtın Bakıxanov prospektində qeydə alınıb. Belə ki, sıxlıq zamanı qoşa xəttin tələbini pozan moped sürücüsü əks istiqamətli hərəkət zolağında hərəkət edib. Həmin zaman sağ zolaqda dayanan digər moped sürücüsü əks istiqamətli hərəkət zolağına çıxmaq istəyərkən qəza şəraiti yaranıb. Törədilən qayda pozuntusu hər ikisinin ağır yaralanması ilə nəticələnə bilərdi.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












