Bakının mərkəzində zolağa sığmayan sürücülər hərəkəti əngəllədi - VİDEO

Paytaxtın Bülbül prospektində qaydaları pozan sürücülər kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Görüntülərdə 99-NC-010 dövlət nömrə nişanlı “Changan” markalı, “Toyota Prius” markalı, “Toyota Aqua” markalı və onların önündə dayanan digər avtomobillərin zolağa yerləşmə qaydalarını pozduğu əks olunub.
Kadrlardan məlum olur ki, solda hərəkətdə olan nəqliyyat vasitələri ən sağ zolağın bir hissəsini də tutaraq hərəkət ediblər. Bu isə həmin zolaqla irəliləyən digər sürücülərin hərəkətinə maneə yaradıb və nəqliyyat axınının ləngiməsinə səbəb olub.
Qeyd edək ki, sıxlıq zamanı zolaqların düzgün bölüşdürülməməsi təkcə hərəkəti çətinləşdirmir, eyni zamanda sürücüləri qəfil manevr etməyə məcbur edir. Xüsusilə prospekt və çoxzolaqlı yollarda bu cür davranışlar kiçik bir qayda pozuntusunu qısa müddətdə qəza riskinə çevirə bilir.
Nərmin
Mədəniyyətsiz sürücü maşını ortalıqda saxlayıb başqalarının yolunu bağladı – VİDEO
Sərnişin avtobusunun sürücüsü əks yola çıxıb qırmızıda keçdi - VİDEO - YENİLƏNİB
Keçiddən keçən piyadanı görməzdən gəlib sürüb getdi - 77-XK-149 - VİDEO
Qucağında uşaqla yolu keçən piyada zəncirvari təhlükə yaratdı - VİDEO
Qaydaları saymayan “Prius” sürücüsü tuneldə təhlükə yaratdı - VİDEO
Zabratda mopedlə qaydaları alt-üst edən sürücülər ölümə meydan oxudu - VİDEO
"Koroğlu"da sərnişinlərin hərəkəti niyə çətinləşir? – Ekspert səbəbləri AÇIQLADI - FOTO
Ən sol zolaqdan qəfil sağa keçən sürücü bir neçə avtomobilə qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcının keçilməsi qaydasını bilməyən sürücü təhlükə yaratdı - VİDEO
Cəriməni ödəməkdən yayınan sürücü saxlanıldı: Polisə müqavimət göstərdi - FOTO
Bu hallarda sürücülük hüququndan məhrum edilə bilərsiniz - XƏBƏRDARLIQ








