Anar Bayramov bu rəhbər şəxsləri də işdən çıxardı

TƏBİB-də kadr dəyişiklikləri davam edir.
Avtosfer.az Bakupost.az-a istinadən xəbər verir ki, qurumun daha iki vəzifəli şəxsi ilə əmək münasibətlərinə xitam verilib.
İşdən çıxarılanlar TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli və Həssas əhali qrupları ilə iş departamentinin Əlillik məsələləri üzrə iş şöbəsinin müdiri Şöhrət Soyziyevdir.
Qeyd edək ki, son günlər TƏBİB-də genişmiqyaslı kadr dəyişiklikləri aparılır. Bundan əvvəl İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev, İnzibati idarəetmə departamentinin rəhbəri Vasif Səfərov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova, İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı, İnsan resursları departamentinin Təlim və effektivliyin qiymətləndirilməsi şöbəsinin müdiri Babək Tağızadə, İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin Daxili kommunikasiya şöbəsinin müdiri Könül Əhmədova işdən çıxarılmışdı.
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB












