Banner

Bazar günü əlillər üçün ayrılmış yerdə parklanma etmək olar? - QANUNLA BELƏDİR

Qaydalar 29 Oktyabr 2026 17:00
Bazar günü əlillər üçün ayrılmış yerdə parklanma etmək olar? - QANUNLA BELƏDİR
WhatsApp kanalımıza abunə olun

Bazar günləri AzParking ərazisində parklanmanın ödənişsiz olması sürücülərdə bəzi suallar yaradır. Redaksiyamızın qaynar xəttinə müraciət edən sürücülər həmin günlərdə əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerlərindən istifadəyə icazə verilib-verilmədiyini soruşurlar. Bəzi sürücülər parklanma haqqı tutulmadığı üçün bu yerlərdə də avtomobil saxlamağın mümkün olduğunu düşünürlər.

Avtosfer.az xəbər verir ki, bazar günləri parklanma haqqının tutulmaması əlilliyi olan şəxslər üçün ayrılmış xüsusi parklanma yerlərindən istifadə qaydalarına təsir etmir.

Belə ki, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş və müvafiq nişanlarla işarələnmiş parklanma yerlərində digər sürücülərin avtomobil saxlamasına icazə verilmir. Bu qadağa həftənin bütün günlərində, o cümlədən parklanmanın ödənişsiz olduğu bazar günlərində də qüvvədədir.

Qeyd edək ki, bu qayda pozuntusunu törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsilə 60 manat məbləğində cərimə oluna bilər.

 

Fərid

Oxunub : 182
ŞƏRH YAZ
Ad

E-mail

Şərh