Bəzəkli yük maşınının sürücüsündən təhlükəli hərəkətlər - VİDEO

Bakı-Ələt yolunda yol hərəkəti qaydalarını pozan sürücünün vireogörüntüsü avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 20-CO-285 qeydiyyat nişanlı "Walksvagen" markalı yük avtomobilinin sürücüsü yanvarın 16-ı sözügedən yolun yaşayış məntəqəsindən kənar olan hissəsində sağ zolaq boş olan halda orta zolaqla hərəkət edib. Yolun hərəkət hissəsində yerləşmə qaydasını pozan sürücü daha sonra iki dəfə manevr qaydasını pozaraq onu keçmək istəyən avtomobilin sürücüsünə maneə yaradıb.
Qeyd edək ki, sürücü nəqliyyat vasitəsinin yan tərəfinə konstruksiyanın
tələblərinə uyğun olmayan yaşıl işıqlar da quraşdırıb. Həmin işıqların gücü çox olduğu üçün yan tərəfdən keçən sürücülərin gözünə düşərək onlara təhlükə yarada bilər.
"Yol Hərəkəti Haqqında Qanun"un 1 saylı əlavəsində qeyd olunub ki, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının
tələblərinə uyğun olmalıdır.
Yollarda bu cür bəzəkli yük avtomobillərinə tez-tez rast gəlirik. Təəssüf edirik ki, YPX postlarında həmin yük avtomobillərinə qarşı tədbirlər görülmür. Əksinə getdikcə onların sayı artmaqda davam edir.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












