Bir-birinin acığına düşən sürücülər yarışa çıxdılar - VİDEO

Hava limanı yolunda qeydə alınmış hadisənin görüntüsünü oxuculardan biri redaksiyamızın qaynar xəttinə göndərib.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı 99-VR-881 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü, qarşısında hərəkət edən 10-VF-198 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsündən yol istəyib. Lakin qarşı tərəfin ona yol verməməsi sürücünü qəzəbləndirib və bu, təxribat xarakterli hərəkətlərin başlanğıc nöqtəsinə çevrilib.
Yol ala bilməyən "Opel" markalı avtomobilin sürücüsü emosiyalarına hakim ola bilməyərək sürətini artırıb və sağdan ötmə edərək "Nissan"ın qarşısına keçib. Bu hərəkət isə "Nissan" sürücüsünün də qəzəblənməsinə səbəb olub və o da sağdan ötmə edərək "Opel"in qarşısına keçməyə çalışıb.
Beləliklə, hər iki sürücü bir-birinə baxaraq yüksək sürətlə yarışmağa başlayıblar. Bu zaman digər hərəkət iştirakçılarını da təhlükə altında qoyublar.
Sözügedən videonu təqdim edirik.
Fərid
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












