Bu sürücülərin qayda pozmaması üçün QANUN DƏYİŞMƏLİDİR - VİDEO

Son illər çatdırılma şirkətlərində çalışan moped sürücüləri intizamsızlıq edərək həyatlarını təhlükə altında qoyurlar. Avtosfer.az xəbər verir ki, motosikletlərdə qeydiyyat nişanı olduğu üçün onlar qayda pozuntusu etməkdən çəkinirlər. Lakin mopedlərdə qeydiyyat nişanı nəzərdə tutulmadığı üçün sürücülər mütəmadi olaraq qayda pozurlar.
Belə hallardan biri paytaxtın Abdulla Şaiq küçəsində qeydə alınıb. Videodan da aydın şəkildə görünür ki, moped sürücüsü svetoforun qırmızı işığına məhəl qoymadan yoluna davam edir. Bu cür hərəkətlər yalnız həmin sürücünün yox, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atır və bəzən bu cür qayda pozuntuları yol-nəqliyyat hadisələri ilə nəticələnir.
Mütəxəssislər bildirirlər ki, mopedlərin sayının sürətlə artması fonunda onların qeydiyyata alınması zərurətə çevrilib. Belə bir addım moped sürücülərinin daha məsuliyyətli davranmasına, qaydalara riayət etməsinə və ümumilikdə yol hərəkətində intizamın güclənməsinə səbəb ola bilər.
Məsələnin həlli üçün qanunvericilikdə dəyişikliklərin edilməsi vacib hesab edilir. Belə ki, müvafiq qanun dəyişiklikləri ilə mopedlərə də qeydiyyat nişanı verilməsi təmin edilə bilər. Bu, hüquq-mühafizə orqanlarına qayda pozan sürücüləri daha asan müəyyən etməyə imkan yaradacaq və təhlükəsizlik tədbirlərinin effektivliyini artıracaq.
Ümid edirik ki, yaxın gələcəkdə bu məsələ Milli Məclisin müzakirəsinə çıxarılacaq və qanunvericilikdə müvafiq dəyişiklik ediləcək.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












