Buzlu yolda sürüşüb qəzaya düşməmək üçün bunları bilmək VACİBDİR - VİDEO

Bildiyimiz kimi yanvarın 9-u səhər saatlarında Bakı-Qazax yolunun Kürdəmir rayonu Sığırlı kəndindən keçən hissəsində zəncirvari yol nəqliyyat hadisəsi baş vermişdir.
Belə ki, baş verən yol nəqliyyat hadisəsi nəticəsində avtomobillərə ciddi ziyan dəyib və yaralanan şəxslər olub. Məlumata görə, qəzaya asfalt örtüyündə yaranmış buz və dumanlı hava şəraiti səbəb olub.
Şübhəsiz ki, bu cür qəzalarda sürücülərin intizamsızlığı ilə yanaşı aidiyyəti qurumların da günahı olur. Əvvəla qeyd edək ki, sürücülər şaxtalı və dumanlı havalarda daha da diqqətli olmalıdırlar. “Yol Hərəkəti Haqqında Qanun”un 50-ci maddəsində qeyd olunub ki, sürücülər yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir.
Lakin çox təəssüf hissi ilə bildiririk ki, sürücülər nə hava şəraitini nəzərə alır, nə də ki, avtomobillərini hava şəraitinə uyğunlaşdırırlar. Sürücülərə daim tövsiyə olunur ki, qış rejiminə keçən zaman avtomobillərin şinlərinə xüsusilə diqqət yetirsinlər. Əgər şinlərin protektorları normativə uyğun deyilsə, həmin avtomobillərlə yola çıxmasınlar. Ən əsas məsələlərdən biri isə, yola çıxmazdan öncə hava proqnozu ilə tanış olmaları daha yaxşı olardı. Lakin sürücülər bu məsələyə də qeyri-ciddi yanaşırlar.
Baş verən bu cür qəzalarda dövlət qurumlarının günahı isə ondan ibarətdir ki, hərəkətin təşkilinə və təhlükəsizliyinə bəzən dırnaqarası baxırlar. Qeyd edə ki, xarici ölkələrdə sürüşkən yollarda qəzaların və təhlükələrin qarşısını almaq üçün öncədən sürüşkən yolu bildirən nişan qoyulur.
Bəs gəlin baxaq görək bizim yollarda bu nişana rast gələ bilirik?
Bir neçə vacib yol nişanları var ki, onların heç biri yollarda tətbiq edilmir. Bu nişanlardan biri də, öncə vurğuladığımız 1.15 “sürüşkən yol” nişanıdır. Həmin nişan müvəqqəti yol nişanı kimi də təşkil edilə bilər. Misal üçün qeyd edək ki, həmin ərazidə xidmət aparan yol polisləri asfalt örtüyünün buz bağladığını görən zaman, “sürüşkən yol” nişanını təşkil etsə, sürücülər nişanı görərək daha da ehtiyatlı olarlar.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












