Deputatın sürücülük hüququ məhdudlaşdırıla bilər - Cərimələri ödəmir

Milli Məclisin deputatı Anatoliy Rafailovun sürücülük hüququ məhdudlaşdırıla bilər. “Qaynarinfo” xəbər verir ki, buna səbəb deputatın yol hərəkəti qaydalarını pozması və buna görə kəsilən cəriməni ödməməsidir. Deputat cəriməni ödəmədiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydalarını pozmaqla inzibati xətaların, yaxud bu məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) maddəsi ilə protokol tərtib olunub.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Bu maddəyə əsasən, inzibati xətanı törədən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.
Qeyd edək ki, Anatoliy Rafailov 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilib.
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO












