Gəncədə "avtoş"luq edən xanım blogerin görüntülərinə DİN-dən REAKSİYA - VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə xanım bloqerin avtoxuliqanlıq etməsi ilə bağlı görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində həmin görüntü ilə bağlı araşdırma aparılır:
“Tezliklə sürücü barəsində qanunamüvafiq tədbir görüləcək”.
(oxu.az)
***
Gəncədə şou göstərən xanım sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, 60-BV-560 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilin xanım sürücüsü sosial şəbəkələrdə gündəm olmaq üçün müxtəlif riskli manevrlər edib. O, davamlı olaraq manevr qaydalarını kobud şəkildə pozaraq şou xarakterli hərəkətlər edib.
Son zamanlar xanım sürücülərin "VAZ" markalı avtomobil idarə etmələrinin şahidi oluruq. Onlar bu markalı avtomobillə daha tez gündəmə düşürlər. Bu səbəbdən də şou göstərməklə daha çox baxış yığmağa və gənclər arasında populyarlıq qazanmağa çalışırlar.
Nərmin
Qoşa xətti heçə sayan sürücü iradı da cavabsız qoymadı - VİDEO
İkiqat qayda pozan sürücü yolda hamıya qəza şəraiti yaratdı - VİDEO
Gah sola, gah sağa keçən “Tesla” sürücüsü yol boyu təhlükə saçdı - VİDEO
Bakıda avtobus sürücüsündən təhlükəli manevr: Səbəb nə olub? - VİDEO
Necə gəldi əks yola çıxan təlim maşını az qala qəza törədəcəkdi - VİDEO
Avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
Sabunçuda "hoqqa verən" sürücü öz videosunu yaydı; polis yaxaladı - VİDEO
Tıxacda yuxuya gedən sürücünün yolun açılmasından xəbəri olmadı - VİDEO
Bakıda AĞLASIĞMAZ QANUN POZUNTUSU - Qoşa xətti pozub qırıq-qırıq etdilər - VİDEO
Polis hərəkətin intensiv olduğu ərazilərdə gücləndirilmiş rejimdə xidmət edir - VİDEO
Bu küçədə “Durmaq qadağandır” nişanı quraşdırıldı: Cərimələnə bilərsiniz – VİDEO











