Gənclər maşına əlavə avadanlıq quraşdırıb şou göstərdilər - DYP-dən AÇIQLAMA - YENİLƏNİB

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi “VAZ” markalı avtomobillə şou göstərən sürücünün hərəkətlərini araşdırıb. İdarənin baş inpektoru polis mayoru Araz Əsgərli Avtosfer.az-a açıqlamasında bildirib ki, videogörüntüyə baxış keçirildikdən sonra həmin hadisə ilə bağlı araşdırma aparılıb: “Məlum oldu ki, videogörüntü avqustun 19-da Sea Breeze-də keçirilən “Carlated” avtomobil festivalında qeydə alınıb. Həmin zaman avtomobil qapalı ərazidə olub. Ümumilikdə həmin nəqliyyat vasitəsinin avtomobil yollarında hərəkəti müşahidə edilməyib” – deyə Araz Əsgərli bildirib.
Avtomobilin sahibi Xanlar Bayramov bildirib ki, bu maşın avtomobil yollarında idarə edilmir. Festivala gedən zaman isə avtomobil evakuatorla daşınır. X.Bayramov bütün maşın həvəskarlarına tövsiyə edib ki, avtomobilə edilmiş bu cür dəyişiklikləri yalnız qapalı məkanlarda nümayiş etdirmək olar.
***
Gənclər avtomobillə etdikləri şounu sosial şəbəkədə paylaşıblar. Avtosfer.az xəbər verir ki, 77-LL-013 qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobildə işlənmiş qazların xaricetmə sisteminə qanunsuz avadanlıq quraşdıran şəxslər şou göstəriblər. Gənclər arasında “popkorn” kimi tanınan sistem avtomobildən yüksək səs və od çıxmasına səbəb olur. Videoda da aydın şəkildə görünür ki, avtomobilə qaz verən zaman normadan artıq səs çıxır və dəm qazı yerindən od çıxır.
Avtomobilə quraşdırılmış bu avadanlığa görə, İnzibati Xətalar Məcəlləsində kifayət qədər ağır cərimə nəzərdə tutulub. Məcəllənin 342.3-cü maddəsində qeyd olunub ki, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - beş yüz manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Sürücüyə qayda pozmağı öyrədən təlimçi xanım özünü ifşa etdi - VİDEO
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
“Nə fərqi var, buradan da dönürəm” deyən sürücüləri CƏRİMƏ GÖZLƏYİR - FOTO
Keçiddə özündən çıxan sürücü nalayiq söyüşlər söyüb qoçuluq etdi - VİDEO
Daxili yüklərin qatarla daşınması yollarda qəzaların sayını azalda bilərmi? – ADY-dən AÇIQLAMA
Bütöv xətləri heçə sayıb ən sağ zolaqdan ən sola keçdi - 77-NV-052 - VİDEO
Əks yoldan gələn skuter sürücüsü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
“BakuBus” sürücüsü maşını zolağından çıxmağa məcbur etdi - VİDEO
Qəfil sola manevr edib sürücüyə qorxulu anlar yaşatdı - VİDEO
Bu svetoforun əlavə bölməsi görünmür: Sürücülər boşuna dayanıb gözləyirlər - VİDEO
Bəzi sürücülərin hələ də bu qaydadan xəbəri yoxdur - Bu qədər cərimə və bal düşür - VİDEO












