Gündüz yaranan təhlükə və ya ağıllı radar quraşdırmağın vaxtı çatmayıbmı?

Əslində bu mövzuya təkrar qayıtmaq istəməsəm də ötən gün Bakı-Qazax yolunda rastlaşdıqlarım bunu yazmağa vadar edir.
Bakı-Qazax yolunda radarların çoxluğu hamıya məlumdur. Bunların yerini isə nəinki sürücülər, hətta sərnişinlərin böyük hissəsi əzbər tanıyır. Əksər sürücülərin hərəkət fəlsəfəsi eynidir: radarın qarşısından yavaş keç, sonrasını özün bilərsən. Təhlükə də elə burdan başlayır.
Sürət həvəskarı olan, lakin radara da düşmək istəməyənlər də tam sürətlə hərəkətdə olarkən uzaqdan radar gördükdə sürəti kəskin azaldır, bəzən isə eyni istiqamətdə olan avtomobilin qarşısına keçirlər. Elə mənim hərəkət etdiyim avtomobilə də 3 dəfə təhlükə yaradıldı.
Arxa oturacaqda olduğum üçün bu situasiyanı şəkməyə imkan olmadı və əslində heç ehtiyac da yoxdur. Çünki bu hal hər gün deyil, hər saat təkrarlanır. Bunun ən yaxşı sübutu stasionar radarların qarşısındakı tormoz izləridir.
Hələ ki, bir çox sürücü radarı aldatmaqla, Bakıdan Gəncəyə 3 saatdan az vaxta çatmağı ilə fəxr edir. Lakin bu cür məsuliyyətsiz sürücülərlə mübarizənin də çox müasir üsulu var. Ağıllı radar, və ya digər adı ilə orta sürət radarları quraşdırmaqla problemi birdəfəlik həll etmək mümkündür. Bəs görəsən nə üçün texnologiyanın bu nailiyyətindən faydalanmaqda ləngiyirik?
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












