İş yeri pullu parklanma zonasına yaxın olan vətəndaşa güzəşt varmı? - FOTO

Nazirlər Kabinetinin iyunun 25-də təsdiq etdiyi “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında qərarına görə, paytaxt Bakı, Sumqayıt və Gəncə şəhərlərində qiymətlər müəyyən edilib.
Həftənin bazar günləri isə dövlətə məxsus parklanma yerlərində avtomobillərin park edilməsi ödənişsiz olur. Artıq yeni qaydalar qüvvəyə minib.
Qərarda göstərilib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.
Nəzərə alsaq ki, yeni qaydalarda parklanmanın saatı 1 manatdan başlayır, əgər şəxs iş yerinə yaxın yerdə parklanma edirsə, bu, gündəlik səkkiz-doqquz manata başa gəlir.
Bəs iş yeri parklanma ərazisinin yanında olan şəxslər buradan ödənişsiz istifadə edə bilərlərmi?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, şəhərdə parklanma əraziyə görə mərkəz və dörd zonaya bölünüb. Burada bir saatı mərkəz üzrə bir manat təşkil edir. Birinci, ikinci və üçüncü zonalar üzrə bir saatı müvafiq olaraq 70, 40 və 30 qəpik səviyyəsində müəyyən edilib. Dördüncü zona pulsuzdur.
Yaşayış yeri üzrə ödəniş tələb olunmur. Fərdi parklanma talonunu əldə edən sürücülərin yaşayış yerləri parklanma ərazisindən 100 metr radiusda yerləşirsə, onlar ödənişsiz şəkildə avtomobillərini saxlaya bilirlər. Bundan başqa hər hansı bir güzəşt nəzərdə tutulmur”.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev açıqlamasında bildirib ki, parklanmanın əsas mahiyyəti odur ki, insanlar avtomobillə yox, ictimai nəqliyyatla, yaxud piyada hərəkət etsinlər. Bu da şəhər küçələrində sıxlığı azaldacaq”.
Ekspert əlavə edib ki, qərarda parklanmaya yaxın ərazidə yaşayanlara güzəştlər var və vətəndaşlar istifadə edə bilərlər:
“Amma əlavə güzəştlər edildilsə, problemlər, küçələrdə parklanma artacaq və şəhər iflic olacaq. Biz çəkindirici alətlərdən istifadə edərək bu problemin qarşısını ala bilərik. Qaydalarda da, sadəcə, ərazidə yaşayan şəxslər üçün güzəşt nəzərdə tutulub”.
Oyuncaq maşınla yolda şütüdü, məsuliyyətə cəlb olundu - VİDEO
Qayda pozan sürücü səhvini düzəldərkən yenidən qayda pozdu - VİDEO
Sürücü öncə nişanlanma xəttinin tələbini pozdu, sonra digər maşına təhlükə yaratdı - VİDEO
Sürücülərin tez-tez zolaq dəyişməsi qəza riskini artırır - MÜTƏXƏSSİS
"BakuBus" sürücüsünün təhlükəli hərəkəti: Avtomobilin yolunu kəsdi - VİDEO
Bakıda gözlənilməz qəza: Qırmızıda keçən velosipedçi maşına çırpıldı - VİDEO
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO










