İşıq siqnallarının başına oyun açan sürücülər - ŞİKAYƏT - VİDEO

Son zamanlar sürücülərin işıq cihazlarına ciddi şəkildə müdaxilə etməsi sosial şəbəkədə gündəm olub. Oxuculardan biri Avtosfer.az-a həmin avtomobillərin videogörüntülərini göndərib.
Belə ki, paytaxtın Heydər Əliyev prospektində hərəkət edən 77-TE-740 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin geriyə hərəkət işıqlarının daimi şəkildə yanılı qalması videoya aydın şəkildə əks olunub. Eyni zamanda paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət edən 99-MB-027 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sağ dönmə işığının yanılı qalması da müəyyən edilib.
Oxucu iddia edir ki, "BMW"nin sürücüsü geriyə hərəkət işıqlarını, "Mercedes"in sürücüsü isə dönmə işığını tormoz işıqlarına qoşub. Bunların eyni usta tərəfindən edildiyi və məhz həmin usta tərəfindən də videoya çəkildiyi bildirilir.
Avtomobillərin işıq sisteminə edilən bu cür müdaxilələr yol hərəkəti qaydalarına zidd olmaqla yanaşı, həm də ciddi təhlükə yaradır. Sürücülər bu cür dəyişikliklər nəticəsində digər nəqliyyat vasitələrinin sürücülərini çaşdıra, qəzalara səbəb ola bilərlər.
Fərid
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO












