İşıqfora, yoxsa nişanlara üstünlük verilməlidir? - Sürücüləri çaş-baş salan problemlər var

Lent.az -ın “Bir sual, bir cavab” rubrikasının növbəti mövzusu Bakıda bəzi yolayrıclarında sürücüləri çaş-baş qoyan işıqfor və nişanlarıdır.
Sürücülərin əksəriyyəti bu halda işıqforun, yaxud nişanın tələbinə riayət etməli olduqlarını bilmir. Görəsən, işıqforlar olan yerdə üstünlük və ya məcburedici nişanlarının qoyulması qanunauyğundurmu?
Sualımıza avtomobil eksperti Elməddin Muradlı cavab verib. Onun sözlərinə görə, sürücülər bilməlidir ki, işıqfor işləyirsə, nişanlar qüvvədən düşür:

“Yol hərəkətinin təşkili ilə bağlı məsələyə ciddi yanaşma tələb olunur. Burada heç bir səhv olmamalıdır. Sürücü üçün yol işarələri və nişanlar aydın görünməlidir. İşarə və nişanlar elə yerdə qoyulmalıdır ki, onun görünməsi rahat olsun və vaxtında reaksiya verilsin. Amma təəssüf ki, nəinki Bakıda, digər yerlərdə də bu problem var. Nişanlar işıqforun, işıqforlar nişanların, yaxud ağaclar nişan və işıqforların qarşısını kəsir. Nəticədə sürücülər onları görmür və qayda pozuntusu, hətta qəzalar baş verir. Ona görə də hərəkətin təşkili ilə məşğul olan qurumlar bu məsələyə çox həssas yanaşmalıdırlar. Bu qaydalar "Yol hərəkəti haqqında" qanunda öz əksini tapıb. Sadəcə olaraq, bu qanunları oxuyub bilən şirkətlər hərəkətin təşkili ilə məşğul olmalıdır ki, naşı adamlar bu işlə məşğul olmasın ki, onların səhvi qəzalara gətirib çıxara bilər. Sürücülər də bilməlidir ki, işıqfor işləyirsə yolayrıcında olan nişanlar qüvvəsini itirir. İşıqfor işləməyəndə isə nişanlar qüvvədə qalır. Buna görə də nişanlar rahat görünən yerlərə qoyulmalıdır. Nəzərə almaq lazımdır ki, yolayrıcları təhlükəli yol şəbəkəsidir. Burada sözsüz ki, adi bir səhv qəzaya səbəb ola bilər. Ona görə də, yolayrıclarında nişanlar və işıqforlar müayinə olunmalı və belə hallar dərhal həllini tapmalıdır”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












