Maşına sayrışan işıq quraşdıran jurnalist saxlanıldı - DYP-dən AÇIQLAMA - VİDEO

Bakı Şəhər DYP İdarəsindən Avtosfer.az-a verilən məlumata əsasən, "Cadillac" markalı, 90-AZ-943 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Sahil İmanov polis əməkdaşları tərəfindən saxlanılıb. Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib və sürücü barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
*** 12 Sentyabr, 19:00
Paytaxtda yol hərəkəti qaydalarını pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 90-AZ-943 dövlət nömrə nişanlı “Cadillac Escalade” markalı avtomobilin sürücüsü maşının ön şüşəsinə operativ nəqliyyat vasitələrinə aid olan göy və qırmızı sayrışan işıq siqnalları quraşdırıb. Hüseyn Cavid prospektində qeydə alınmış digər görüntüdə isə o, təhlükəsizlik kəmərindən istifadə etməyib və sükan arxasında diqqəti yayındıran hərəkətlər edib.
Qeyd edək ki, qayda pozan sürücü - Sahil İmanov “Marmara” universitetinin jurnalistika fakültəsini bitirib və hal-hazırda Türkiyədə media sahəsində çalışır.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çox avazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Nərmin
Maşını yolda iki dəfə saxlayan qadın sürücü yolu iflic etdi - VİDEO
Prospektdə diqqətsiz sürücü maşını vurmaqdan son anda yayındı - VİDEO
Qanunu pozaraq "əcəb edirəm" deyən sürücü cəzalandırıldı - RƏSMİ - VİDEO - YENİLƏNİB
Gecə əks yolda bir-birinin ardınca şütüyən sürücülər təhlükə saçdı - VİDEO
“Lexus” sürücüsü məsuliyyətdən yayınmaq üçün özünü qardaşı kimi təqdim etdi
Dönmə işığını yandırıb istədiyi kimi hərəkət edən sürücü təhlükə yaratdı - VİDEO
Güzgüyə baxmadan manevr edən sürücü az qala zəncirvari qəza törədirdi - REAL VİDEO
İşləməyən svetofora görə sürücüyə cərimə yazıldı - Polis araşdırmaya başladı - VİDEO
Qayda pozan sürücü günahı o birinin üzərinə atdı: "Sən yol verməlisən" - VİDEO
Atasının maşınını qaçıran yeniyetməni polis atəş açıb saxladı – 16 yaşlı gənc yaralandı - VİDEO
Başı maşına qarışan sürücü ayağını zolağa çıxarıb təhlükə yaratdı - VİDEO











