Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi

Bakının Nəsimi rayonunda, 28 May küçəsində, “The Ritz-Carlton Baku” otelinə qədər olan ərazidə yeni parkın salınması nəzərdə tutulur. Təxminən 10 hektar ərazini əhatə edəcək park layihəsi çərçivəsində artıq hazırlıq işlərinə başlanılıb.
Bu barədə Avtosfer.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, əraziyə ilkin baxış zamanı qəzalı vəziyyətdə olan ağaclar müəyyən edilib.
“Söhbət əsasən ötən əsrin 80-ci illərində Bakıda kütləvi şəkildə əkilmiş qovaq ağaclarından gedir. Bu ağacların kök sisteminin zəif olması onların aşma riskini artırır və ətraf mühit, eləcə də insanların təhlükəsizliyi baxımından müəyyən risklər yaradır.
Mövcud vəziyyət nəzərə alınaraq, ərazidə hazırlıq işləri çərçivəsində qəzalı ağacların götürülməsi, gələcəkdə isə burada geniş yaşıllıq sahəsinə malik parkın salınması, yeraltı avtomobil dayanacağının tikintisi və xeyli sayda yeni ağacın əkilməsi planlaşdırılır.
Təəssüflə qeyd edilməlidir ki, işlərin icrası zamanı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən bir ağacın kəsilməsi zamanı aqrotexniki qaydalara riayət olunmaması faktı aşkar edilib.
Həmin ağacın gövdəsinin içəridən çürümüş vəziyyətdə olmasına baxmayaraq, bu hal onun kəsilməsi zamanı müvafiq qaydalara əməl edilməsi tələbini aradan qaldırmır. Ağacın qəzalı vəziyyətdə olması və ya gövdəsinin çürüməsi belə, onun götürülməsi prosesinin müəyyən edilmiş aqrotexniki tələblərə uyğun həyata keçirilməsini zəruri edir.
Aşkar edilmiş nöqsanla bağlı dərhal müvafiq inzibati tənbeh tədbiri görülüb. Həmçinin, işində yol verdiyi nöqsanlara görə Birliyin əməkdaşı tutduğu vəzifədən azad edilib.
Bununla yanaşı, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarına ərazidə görülən işlərlə bağlı ətrafda yaşayan sakinlər arasında maarifləndirmə tədbirlərinin aparılması, onlara həyata keçirilən işlərin məqsədi, qəzalı ağacların yaratdığı risklər barədə ətraflı məlumat verilməsi bir daha tapşırılıb”, - məlumatda qeyd edilib.
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO












