"Kamaz"ın qabağını qaldıran sürücüdən təhlükəli hərəkət - VİDEO

İdarə etdiyi “Kamaz” markalı avtomobillə təhlükəli hərəkətlər edən sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, 41-BA-941 qeydiyyat “Kamaz” markalı avtomobilin sürücüsü normadan artıq mişar daşları yükləyərək yükdaşıma qaydalarını pozub. Videodan aydın şəkildə görünür ki, yüklənən daşlar bortdan yuxarı çıxır. Buna görə də sürücü avtomobili yerindən tərpədən zaman onun qabağı qalxaraq təhlükəli vəziyyət yaranır. Belə olan halda normadan artıq yüklənmiş daşlar bortdan yerə dağıla da bilər.
Onu da qeyd edək ki, avtomobilin ön qeydiyyat nişanı yararsız vəziyyətdədir və nəqliyyat vasitəsində iki ədəd duman farası olmalı halda, bu avtomobildə 4 ədəd duman farası var. Bu isə qanunvericiliyə ziddir.
Çox təəssüf edirik ki, yollarda hərəkət edən bir çox yük avtomobillərinin sürücüləri, istədikləri kimi avtomobilləri işıqlarla bəzəyirlər. Lakin buna nəzarət edən yoxdur. Etiraf edək ki, bu işıqlar “Niva” markalı avtomobildə aşkarlansa, dərhal mühafizə olunan duracağa təmin olunar!
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












