Körpə uşağı qucağına alıb maşın sürdü - Təhlükəli anlar - VİDEO

Qaydalar 20 Aprel 2026 09:00
Körpə uşağı qucağına alıb maşın sürdü - Təhlükəli anlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yolda təhlükəli şəkildə qayda pozuntusu edən sürücü qeydə aldığı videonu sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, hadisə Göyçay rayonunda qeydə alınıb. Belə ki, Rəhman Yediyarov adlı sürücü idarə etdiyi 77-QE-051 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sükanı arxasında olarkən körpə uşağı qucağında saxlayaraq bir əlli maşın sürüb.

Qeyd edək ki, bu cür qayda pozuntusu son dərəcə təhlükəlidir. Ani diqqətsizlik və ya gözlənilməz vəziyyət zamanı sürücü bir əllə nə düzgün manevr edə, nə də təhlükədən yayına bilər. Qəza baş verən zaman isə körpə uşaq sürücü ilə sükan arxasında qalaraq həyatını itirə bilər. Bu cür qəzada sürücünün də ağır xəsarətlər alması qaçılmaz olur. Bu səbəbdən belə hərəkətlər birmənalı şəkildə qadağandır.

 

Fərid

Oxunub : 504
ŞƏRH YAZ
Ad

E-mail

Şərh