Mağazanın qarşısını şəxsi parklanma yerinə çevirən şəxs cərimələndi - FOTO

Bakıda parklanma yerini zəbt edən mağazanın məsul şəxsi cərimələnib. Bu barədə hüquqşünas Fərid Süleymanov sosial şəbəkə heabında paylaşım edib. Avtosfer.az xəbər verir ki, F.Süleymanov onun avtomobilinin parklanmasına maneə yaradan şəxslər barəsində Bakı şəhər Baş Polis İdarəsinə rəsmi qaydada şikayət ünvanlayıb. Belə ki, Yasamal rayonu, Nərimanov prospekti 137 ünvanında yerləşən "Lume Grand" mağazasının qarşısına konuslar qoyan şəxslər avtomobillərin parklanmasını məhdudlaşdırıblar. Bakının bir çox yerlərində mağaza və restoran sahibləri özləri və müştəriləri üçün müəyyən yerlərə konuslar qoyaraq oranı zəbt edirlər. Sözügedən mağazanın qarşısında da üzərinə "Lume Grand" yazılan konusları yolun kənarına düzərək parklanma yerini zəbt ediblər. Bakı şəhər Baş Polisi İdarəsinin əməkdaşları ərazini müayinə edən zaman fakt öz təsdiqini tapıb və bu səbəbdən həmin əməli törətmiş şəxs İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilib.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













