Maşın sürməyi indi öyrənən “Prius” sürücüsü – 77-BT-164 – VİDEO

Bakıda yol hərəkəti qaydalarını pozan, qəza törədən “Toyota Prius” sürücülərinin sayı durmadan artır. Onlardan biri də iyulun 26-da, saat 11.11 radələrində Teymur Elçin küçəsində kameraya düşüb. Avtosfer.az xəbər verir ki, sol zolaqla hərəkət edən 77-BT-164 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü birdən-birə fikrini dəyişərək Teymur Elçin küçəsindən üzü Nazirlər Kabinetinə - Lermontov küçəsinə düşmək qərarına gəlib. Hansı ki, orada nişan sola getməyi əmr edir, nişanlanma xətti də həmçinin.
Sağ zolaqda hərəkətdə olan avtomobilin sürücüsü ayıq-sayıq davranaraq qəzadan yayına bilib və avtomobili təhlükəsizlik adacığının üzərinə çıxarmalı olub. Sağa-sola baxmadan hərəkət edən “Prius” sürücüsü isə qəza riski yaratdığını gördükdə yenidən sol zolağa qayıdaraq düzünə hərəkət edib.
Görüntüləri təqdim edirik:
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












