Maşını saxlayan kimi qapını açmayın; yoxa axırı belə olacaq - REAL VİDEO

Avtomobili harda gəldi saxlayıb güzgüyə baxmadan qapını açan sürücülərə örnək ola biləcək bir video sosial şəbəkələrdə yayılıb.
Avtosfer.az bildirir ki, video xarici olkələrin birində yaşansa da bu halllara ölkəmizdə də tez-tez rast gəlmək mümkündür.
Yolun sağına tam keçmədən avtomobilini saxlayıb güzgüyə baxmadan qapını açan sürücü ölümün pəncəsindən son anda qurtulur. Eyni istiqamətdə gələn digər avtomobil onun yolunun üstündə dayanan maşının qapısını sındırıb aparır.
Xatırladaq ki, qanunvericiliyə görə nəqliyyat vasitəsinin qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. Bu halda qapını açıb qəzaya şərait yaradan sürücü məsuliyyət daşıyır və qarşı tərəfin də zərərini ödəməlidir.
Daha vacib məqamlardan biri də sərnişinlərin eyni hərəkəti etməsidir. Bu zaman da qarşı tərəfə ziyan dəysə həmin avtomobilin sürücüsü məsuliyyət daşıyır. Odur ki, hər bir sürücü və sərnişin avtomobil tam dayandıqdan sonra arxadan gələn maşınlara diqqət etməli, sağda-solda maneə olub-olmadığına diqqət etməli, sonra isə qapını açmalıdır. Əks halda qəzaya səbəb olan tərəf məsuliyyət daşıyır. Sürücülər həm özlərinə, həm də sərnişinə cavabdehdir. Nəzərə almaq lazımdır ki, sərnişin diqqətsiz ola bilər, uşaq və ya yaşlı insan olduğu üçün diqqətsiz davranar. Sürücü ona izah etməlidir ki, sağa-sola bax, arxadan maşın gəlir və sair. Hərəkət tam təhlükəsizdirsə "düş" demək olar.
Aysel
Sürücülərin tez-tez zolaq dəyişməsi qəza riskini artırır - MÜTƏXƏSSİS
"BakuBus" sürücüsünün təhlükəli hərəkəti: Avtomobilin yolunu kəsdi - VİDEO
Bakıda gözlənilməz qəza: Qırmızıda keçən velosipedçi maşına çırpıldı - VİDEO
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
Şəhərin mərkəzində “hoqqa” verən velosipedçi görün özünə necə haqq qazandırdı - VİDEO
“VAZ” sürücüsündən təhlükəli manevr: Qarşıdan gələn maşının üzərinə sürdü - VİDEO










