Məmur "AA" nömrəli maşınla vətəndaşın yolunu kəsdi; yol polisi cərimə yazdı - VİDEO

DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev Avtosfer.az-a bildirib ki, paytaxt ərazisində yol hərəkəti qayda pozuntusu törədən "Mitsubishi" markalı 02-AA-205 nömrə nişanlı avtomobilin sürücüsü P.Canayev İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib: "Bir daha hər kəsi qaydalara riayət etməyə cağırırıq".
***
Bakıda qayda pozan “AA” seriyalı avtomobilin sürücüsü yolu kəsib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 7-də, paytaxtın Zahid Xəlilov küçəsində qeydə alınıb. Belə ki, 02-AA-205 qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobilin sürücüsü əks yola çıxaraq qarşıdan gələn maşının qarşısını kəsib. Bundan sonra avtomobildə olan rəhbər şəxs düşərək idarəyə daxil olub. Sürücü isə yolunu kəsdiyi avtomobilə yaxınlaşaraq “idarənin qarşısında rəisi düşürürəm” deməklə özünə haqq qazandırmağa başlayıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 02-AA-205 qeydiyyat nişanlı avtomobil “Qarabağ iqtisadi rayonunda bərpa, tikinti və idarəetmə xidməti” publik hüquqi şəxsinə məxsusdur.
Leyla
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












