Narkotikin təsiri altında taksi idarə edən sürücü həbs edildi - FOTO

Cəlilabad şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı avtomobilin sürücüsü manevretmə qaydasını pozduğu üçün Cəlilabad RPŞ-nin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, bu zaman avtomobilin sürücüsü olan Cəlilabad şəhər sakini İ.Yusifzadənin hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı sürücünün avtomaşını narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Həmin şəxsin bir neçə ay bundan əvvəl də eyni əmələ görə cərimə olunduğu müəyyən edilib. İ.Yusifazadə barəsində toplanmış materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o inzibati qaydada həbs edilib.
Namiq Musayev
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












