Ölmək və öldürmək üçün yola çıxan sürücü - Ölümün bir addımlığı... - VİDEO

Xırdalanda ölümə gedən sürücünün təhlükə saçan hərəkətləri kameraya düşüb. Görüntünü qeydə alan sürücü bu barədə redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. O bildirir ki, hadisə sentyabrın 11-də, “VAZ” servisin yaxınlığında baş verib: “Qaydalar çərçivəsində hərəkət etdiyim zaman qarşıdan gələn 99-TO-387 qeydiyyat nişanlı “Honda” markalı avtomobilin sürücüsü yoxuşun sonunda ötmə əməliyyatı etdi. Qarşısını görməyən sürücü əks yola çıxdığı üçün mənimlə üz-üzə gəldi. Mən qəfil tormoz verərək hadisədən yayına bildim. Həmin vaxt çox qorxdum. Çünki azyaşlı övladım da avtomobildə idi. Qəzadan yayınmaq üçün qəfil tormoz verən zaman uşaq da qorxu keçirmişdi. Xahiş edirəm həmin sürücü sərt şəkildə cəzalandırılsın” – deyərək sürücü bildirib.
“Yol hərəkəti haqqında” qanunun 51-ci maddəsində qeyd olunub ki, yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmək qadağandır.
Könül
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












