Səkini zəbt etmiş avtomobil piyadalara maneə yaratdı

Dayanma-durma qaydalarını pozan sürücü saatlarla avtomobilini səkidə park edərək gedib.
Avtosfer.az xəbər verir ki, xoşagəlməz hadisə Yasamal rayonunun İzmir küçəsində qeydə alınıb. Şikayətçi kamerasıyla çəkilən fotoşəkildən də aydın olduğu kimi 90-TR-056 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil parkın önündə saxlanılıb. Dayanma-durma qaydasına məhəl qoymayan avtomobilin sürücüsünün hadisə yerində olmayıb. Belə ki, o maşınını insanlar üçün nəzərdə tutulmuş ərazidə park edərək “işi”nə yollanıb.
Maraqlı məqam isə, piyadaların reaksiyasız şəkildə avtomobilin yanında keçməsi olub. Sanki sürücünün avtomobilini parkın qarşısında saxlaması normal haldır. Lakin hələ də aktuallığını qoruyan qayda pozuntusuna hər yerdə rast gəlmək piyadaların tükənərək reaksiya göstərmədən hərəkət etmələrinə səbəb ola bilər. Üzərimizə düşən öhdəliyə əsaslanaraq qeyd edək ki, mövcud qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, 20 manat cərimə ilə nəticələnir.
Nərmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












