"Prius"un üzərinə taksi nişanı qoyub Xırdalanda "avtoşluq" etdi: Cərimələndi - VİDEO

Xırdalanda avtoxuliqanlıq hərəkətləri edən taksi sürücüsünün videosu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 6-da, Heydər Əliyev prospektində baş verib. Belə ki, 99-UX-302 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü dəfələrlə manevr və ötmə qaydasını pozaraq yolda avtoxuliqanlıq hərəkətləri edib. Ən sonda geriyə dönməni qadağan edən nişanın qarşısından manevr edərək qaydaları yenidən pozub. Bu hərəkətləri edən zaman digər sürücülərə təhlükə yaradıb.
Qeyd edək ki, sürücü avtomobilin modelini dəyişməklə də qaydaları pozmuş hesab olunur. O, maşının arxasındakı "Toyota" nişanını çıxararaq yerinə "Mercedes Maybach" markasının tanınma nişanını yapışdırıb. Qanunvericiliyə görə, bu cür dəyişiklik inzibati məsuliyyət yaradır.
Avtosfer.az-ın əldə etdiyi sürücü Göyüşzadə Fətulla Fəxrəddin oğlu Abşeron rayon DYPŞ tərəfindən saxlanılıb və onunla proflaktiki söhbət aparılıb. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən sürücü barəsində protokol tərtib olunub.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












