Qanunu ciddiyə almayan sürücü: Nə dönmə işığı yandırır, nə də güzgüyə baxır - VİDEO

Əksər sürücülər ötməni və manevri istədikləri vaxt, istədikəri formada həyata keçirirlər. Bunu edən zaman isə güzgüdən və dönmə işıqlarından istifadə etmirlər. Belə sürücülərdən birinin hərəkətləri avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 18-də, paytaxtın İnşaatçılar prospektində baş verib. Belə ki, 77-XY-319 qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü iki zolağın arası ilə hərəkət edərək yolun hərəkət hissəsində yerləşmə qaydasını pozub. Daha sonra isə dönmə işığını yandırmadan və güzgüyə baxmadan sol zolağa yerdəyişmə edib. Bu zaman görüntünü qeydə alan sürücünün qarşısına keçib. Həmin sürücünün manevr qaydasına riayət etməməsi bir az qarşıda yenidən kameraya düşüb. O, dönmə işığını sola yandıraraq sağ zolağa yerdəyişmə edib.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












