Qayda pozub təhlükə yaradan sürücü özünü videoya çəkib sosial şəbəkədə yaydı - VİDEO

Yol hərəkəti qaydasını pozan sürücü öz hərəkətlərini videoya çəkərək sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, 99-FC-103 qeydiyyat nişanlı “Vaz 2107” markalı avtomobilin sürücüsü videogörüntünün birində bütöv xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı edib.Digər videoda sürücü qırıq-qırıq xətdə ötmə əməliyyatına başlayıb, lakin qarşıdan gələn sürücünün üzərinə sürərək ona təhlükə yaradıb.
Sürücülər bəzən elə düşünür ki, ötməni qadağan edən nişan yoxdursa istədikləri kimi ötmə əməliyyatı edə bilərlər. Qəzalar da məhz sürücülərin bu cür düşündüyünə görə baş verir.
“Yol Hərəkəti Haqqında Qanun”da qeyd olunub ki, sürücü ötməyə başlamazdan əvvəl əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq.
Fərid
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












