Qaydalardan xəbərsiz təlimçi tələbəyə görün nələr öyrətdi - VİDEO

Bakıda qaydalardan xəbərsiz olan sürücülük təlimçisinin videosu sosial şəbəkələrdə yayılıb. Avtosfer.az xəbər verir ki, təlimçi sürücülüyü öyrənən şəxsə qaydaları səhv öyrədib. Belə ki, nizamlanmayan yolayrıcının keçilməsi qaydasını öyrədən təlimçi qeyd edib ki, üstünlük nişanları olmayan yolayrıcında çoxzolaqlı yol baş yol hesab olunur. Lakin qanunda belə bir müddəa yoxdur. Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 77-ci maddəsinin III hissəsində yazılıb ki, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Burada çoxzolaqlı yolun baş yol olduğu qeyd olunmayıb.
Həmin təlimçi Ziya Bünyadov prospektində tələbəni öyrədən zaman daha bir səhvə yol verib. O, adıçəkilən prospektdə tətbiq edilmiş 1.3 qoşa xətdə manevrin qadağan olunduğunu bildirərək tələbəyə daha bir qaydanı səhv öyrədib. Qeyd edək ki, 1.3 nişanlanma xətti yalnız əks istiqamətli zolaqları ayırmaq üçün tətbiq edilə bilər. Ziya Bünyadov prospektində qoşa xəttin tətbiq edilməsi qanunauyğun olmadığı üçün, sürücülər həmin xəttin üzərində manevr edən zaman qaydaları pozmuş hesab oluna bilməz.
Digər görüntüdə isə təlimçi tələbəni öyrədən zaman mobil telefondan istifadə edərək qaydaları pozub. Qanunvericiliyə görə, təlim prosesi zamanı sürücülüyü öyrənən tələbə və avtomobilin sərnişin yerində əyləşmiş təlimçi sürücü sayılırlar. Yəni hər iki şəxs sürücü statusunu daşıyır. Bununla bağlı Konstitusiya məhkəməsinin və Ali məhkəmənin qərarları da var. Buna görə də təlimçi sürücülüyü öyrədən zaman telefonu kənara qoymalı, tələbəyə yol hərəkəti qaydalarını mükəmməl şəkildə öyrədərək öz hərəkətləri ilə ona nümunə olmalıdır.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












