"Range Rover" sürücüsü xanım təlimçiyə təpik atdı: "Mənim pulum var..." - VİDEO

Bakıda qaydaları pozan sürücünün hərəkətləri anbaan kameraya düşüb. Bu barədə sürücülük təlimçisi Arzu Babazadə redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. O bildirir ki, aprelin 20-də, paytaxtın Dərnəgül mübadilə məntəqəsinin yanında təlim keçən zaman qaydaları pozan sürücüyə irad bildirib və bundan sonra ona qarşı nalayiq hərəkətlər baş verib. "77-XU-015 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozduğu üçün ona normal şəkildə irad bildirdim. O, "pulum var, cəriməsini ödəyəcəm" deyərək özünə haqq qazandırmağa başladı. Bundan sonra mən tələbə ilə dərsə davam etdim. Geriyə hərəkət manevrini öyrədən zaman həmin sürücü maşından düşərək mənim avtomobilimə təpik atdı və mənim ünvanıma nalayiq söyüş söydü. Bundan əsəbiləşərək avtomobildən düşdüm və həmin sürücüyə yenidən irad bildirdim. Bu zaman o, avtomobilinə əyləşərək yüksək sürətlə həmin ərazidən uzaqlaşdı" - deyə Arzu Babazadə bildirib.
Sözügedən videonu təqdim edirik.
Fərid
Diplomatik toxunulmazlıq qayda pozmağa əsas verirmi? - FOTO
Döngədə təhlükəli ötmə edib sürücüyə qorxulu anlar yaşatdı - VİDEO
Əks yola çıxan “Range Rover” sürücüsü ardınca təhlükəli manevr etdi - VİDEO
Qırmızıda şütüyərək keçən sürücü təhlükə yaratdı – 77-SB-906 - VİDEO
Sürücü çəkdiyi siqaretin kötüyünü yola atdı - 99-CS-191 - VİDEO
Bakının mərkəzində "avtoşluq" edən sürücünün görüntüləri yayıldı - VİDEO
Qaydanı pozan xanım sürücü keçidə daxil olan piyadaya yol vermədi - VİDEO
Prospektdə maşınlarını səkidə satışa çıxaran obyekt piyadalara mane olur - VİDEO
Maşın sürə-sürə prospekti zibillədi – 10-YE-955 - VİDEO
Nişana baxmayan sürücü baş yoldakı maşına təhlükə yaratdı - VİDEO
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO












