Şamaxıda nömrəsiz avtobuslar problemi həll oldu - Avtosfer.az yazandan sonra - FOTO - VİDEO

İki gün əvvəl Avtosfer.az “Avtobuslar radara və kameraya düşməmək üçün nömrəsiz işləyir – DYP hara baxır?” başlıqlı yazı dərc etmişdi. Belə ki, Şamaxı rayonunda 1 və 2 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusları nömrəsiz işləyir. Təqdim olunan videolardan da görünürdü ki, avtobusların heç birinin üzərində dövlət nömrə nişanı yoxdur.
Avtosfer.az məsələni ictimailəşdirəndən sonra isə artıq həmin nömrəsiz avtobusların üzrəinə dövlət nömrə nişanları vurulub. Bu barədə fotolar da saytımıza təqdim edilib.
Qeyd edək ki, nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə etməyə görə 60 manat 4 bal cərimə nəzərdə tutulur. Şamaxıda ata-oğula məxsus şirkətin isə 10-dan artıq avtobusu var və onların heç birinin üzərində nömrə olmur. Beləcə, onlar hər gün ən azı min manatlıq qayda pozuntusuna yol vermiş olurlar.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO

















