Skandinaviya polisi niyə bu qədər amansızdır? - 54 min avroluq cərimə - FOTO

2015-ci ildə sosial şəbəkədə yayılmış foto dünya mediasının baş xəbəri oldu.
Avtosfer.az xəbər verir ki, finlandiyalı milyoner Reyma Kuysla sürət həddini aşdığı üçün 54 024 avro (100 min AZN-dən çox) cərimə edilmişdi. Milyonçu cərimə protokolunun surətini Tvitterdə paylaşdı və avtomobil jurnalistlərinin diqqətini çəkdi. Bəs niyə 54 024?
Finlandiyada 1920-ci ildə (!) qəbul edilmiş qanuna görə sürət həddini 20 km/dən çox aşanlara standart cərimə tətbiq edilmir. Sürət rejiminin pozulmasına görə cəza 8-12 günlük gəlir həddində müəyyən edilir.
Kuyslanın gəliri 2014-cü ildə 6 559 742 avro olmuşdu. 8 günlük gəlir də məhz 54 024 avroya bərabərdir.
Eyni sistem Norveç və İsveçdə də tətbiq edilir. 2002-ci ildə “Nokia”nın idarə heyətinin üzvlərindən biri sürət həddini aşmlaya görə 100 000 avro ödəməli olmuşdu.
Bəs bu cür sərt yanaşmanın nəticəsi necədir? Skandinaviya ölkələrində təbii şəraitdən irəli gələrək yollların çoxu coğrafi baxımdan əlverişsiz zonada yerləşir. İl ərzində buzlu, qarlı və yağışlı yolların həcmi böyük olur. Lakin Avropa üzrə ən az qəza və ölüm də məhz bu 3 ölkədə qeydə alınır.
2020-ci ildə Osloda nəqliyyat qəzalarında cəmi 1 nəfər ölüb. Bizcə, Norveç bu göstərici ilə fəxr edə bilər.
Avtosfer.az saytında Norveç məsələsinə dair vaxtilə geniş məlumat verilib.
https://avtosfer.az/az/yazarlar/i%CC%87l-erzinde-avtomobil-qezalarinda-cemi-1-olum-buna-nece-nail-olmaq-mumkundur-168526
Vüqar Yaşaroğlu
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB













