Sürücü yolayrıcında tıxac yaradıb yolu kəsdi - VİDEO

Yolayrıcını zəbt edən sürücü digər hərəkət iştirakçılarının yolunu kəsib. Avtosfer.az xəbər verir ki, hadisə mayın 24-də, Xırdalan şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 99-VG-712 qeydiyyat nişanlı "Honda" markalı avtomobilin sürücüsü yolayrıcından sonra tıxac yaranmasına baxmayaraq kəsişmə yerinə daxil olub. O, yolayrıcında qalaraq digər istiqamətdən gələn sürücülərin yolunu kəsib.
"Yol hərəkəti haqqında" qanunun 75-ci maddəsində qeyd olunub ki, "əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına daxil olması qadağandır".
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












