Sürücülər bu dairədə "protiv" gedib təhlükə yaradırlar - DYP-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli məsələ ilə bağlı Oxu.az-a bildirib ki, qeyd edilən ərazidə bəzi sürücülər yol nişanının tələbinə riayət etməyərək yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradırlar: "Təbii ki, ərazidə xidmət aparan əməkdaşlarımız tərəfindən belə hal aşkar edildiyi təqdirdə sürücü barəsində qanunamüvafiq tədbir görülür. Məlumat üçün bildirim ki, sözügedən yerdə yol hərəkəti qaydasının pozulması nəticəsində bir neçə dəfə qəza baş verib. Xoşagəlməz halların yaşanmaması üçün sürücülər diqqətli olmalı və qaydalara da ciddi şəkildə riayət etməlidirlər".
*** 28 fevral, 10:00
Paytaxtın Qaradağ rayonu ərazisində sürücülər təhlükəli vəziyyət yaradırlar. Bu barədə oxuculardan biri Avtosfer.az-a şikayət ünvanlayıb. O bildirir ki, söhbət Lökbatan qəsəbəsi, "Qobu Park-3" yaşayış kompleksinin girişindəki dairədən gedir. Belə ki, həmin ərazidə hərəkət edən sürücülərin əksəriyyəti dairəyə daxil olmadan əks yola çıxırlar. Bu isə digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.
Həmin dairədə qeydə alınmış videoda da aydın şəkildə görünür ki, 99-OT-265 qeydiyyat nişanlı "Ravon" markalı və 10-HU-172 qeydiyyat nişanlı "Renault" markalı avtomobilin sürücüləri dairəyə daxil olmadan əks istiqamətdə hərəkət ediblər. Bu zaman hər iki sürücü görüntünü qeydə alan avtomobilin sürücüsünə təhlükəli vəziyyət yaradıb. İrad bildirən zaman isə onlardan biri "yaxşı edirəm", digəri isə "sən mənə yol öyrədəcəksən?" deyərək özlərinə haqq qazandırıblar.
Ərazidə təhlükəsizlik kamerasının olmaması sürücülərin intizamsızlığının artmasına səbəb olur.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












