"BMW" sürücülərinin diqqətinə: bu dəyişikliyi etmək olar? - FOTO

Son zamanlar “BMW” markalı avtomobil sürücüləri yol polislərinin hərəkətləri ilə bağlı redaksiyamıza şikayət ünvanlayırlar. Yol polisləri həmin sürcüləri saxlayaraq işlənmiş qazların xaricetmə sisteminə dəyişiklik edildiyini və əlavə iki çıxışın qurşadırılmasının qanunsuz olduğunu əsas gətirərək avtomobili mühafizə olunan duracağa yerləşdirirlər. Sürücülər isə bu dəyişikliyin qanunsuz olmadığını hesab edərək əsassız şəkildə cərimələndiklərini bildirirlər.
Bəs avtomobildə edilən bu dəyişiklik qanunaziddir?
Avtosfer.az xəbər verir ki, istehsalçı zavod işlənmiş qazların xaric olunması üçün iki çıxış qoyubsa və sonradan sürücü iki çıxış da əlavə quraşdırıb dörd çıxışlı edirsə burada iki məsələyə diqqət etmək lazımdır.
Əgər sürücü tərəfindən əlavə artırılmış çıxışlar bir başa katalizator sistemindən çəkilməyibsə burada qayda pozuntusundan söhbət gedə bilməz. Əsas məsələ odur ki, avtomobilin səs desibeli 74-dən yuxarı olmasın və işlənmiş qazların xaricetmə sistemi qaydasında işləsin. Qeyd olunan bu normativlər qaydasındadırsa sürücü tərəfindən əlavə quraşdırılmış iki çıxış qayda pozuntusu hesab edilə bilməz.


Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












