Toy karvanında ölümə gedən "Niva" sürücüləri - Daha bir təhlükəli VİDEO

Toy karvanında iştirak edən “Niva” sürücüləri və onlardan geri qalmayan bəy maşını yolda aləmi bir-birinə qatdı. Avtosfer.az bildirir ki, 90-HH-996 nömrə nişanlı “Galenvagen” markalı avtomobili idarə edən bəy və dostları yolda digər sürücülərin hərəkəti üçün çətinlik yaradıb. Karvana oyun çıxarmaq üçün dəvət olunan “Niva” sürücülərindən biri nömrəsiz, digəri isə xarici nömrə ilə avtomobil idarə edərək qayda pozub. Xarici nömrə ilə hərəkət edən “Niva” markalı avtomobilin sürücüsü bir anda karvandan çıxaraq qarşı yola keçib. Bu zaman həmin yolda hərəkətdə olan digər bir avtomobilin sürücüsü qəzadan yayınmaq üçün sağa manevr edərkən son anda maşını aşırmadan yoluna davam edə bilib. “Hoqqabaz”ladan heç də geri qalmayan bəy də “Galenvagen”i sağa-sola sürərək “avtoşluq” etməyə çalışıb. Bəyin yanında kəmərsiz əyləşdirdiyi uşağın yaşının da 12 olmadığı güman edilir. Bu cür təhlükəli idarəetmə ilə onlar balaca uşağın da həyatını riskə atıblar. Ümumilikdə toy karvanının üzvləri öz zolaqları boş olduğu halda qarşı yolda hərəkət edərək həm təhlükə yaradıb, həm də yolda hərəkəti çətinləşdirib. Beləcə, toy karvanının üzvləri yaratdıqları təhlükəyə və qayda pozuntusuna əhəmiyyət vermədən əylənərək qız evinə yollanıb.
Bir zamanlar şah məclisləri təlxəksiz, indiki toylar rəqqasəsiz, karvanlar isə “hoqqabazlar”sız olmaz... Bu beyində olub oyun çıxaranlar təlxək və rəqqasə ilə eyni statusda olmağı qəbul edirsə bizə söz düşməz.
Aysel
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













