Qucağında uşaqla maşın sürən sürücü cərimələndi - VİDEO - YENİLƏNİB

Qucağında azyaşlı uşaq əyləşdirərək avtomobili təhlükəli vəziyyətdə idarə edən sürücü cərimələndi. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis mayoru Namidan Piriyev Avtosfer.az">Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücü Salyan rayonu ərazisində aşkar edilərək həmin rayonun Dövlət Yol Polisi Bölməsinə dəvət olunub. Sürücü törətdiyi xətaya görə barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib olunub.
13:53
99-LO-061 qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilin sürücüsü körpə uşağı qucağında əyləşdirərək qaydaları kobud şəkildə pozub.
Videodan da göründüyü həmin vaxt ön oturacaqda digər azyaşlı uşaq da olub.
Qeyd edək ki, qanunvericiliyə görə 12 yaşınadək uşaqlar ön oturacaqda yalnız xüsusi qurğu ilə daşına bilər. Bu qurğu olmadan uşaqların ön oturacaqda, hətta sürücünün qucağında daşınması olduqca təhlükəlidir. Unutmayaq ki, yüngül qəza baş verən zaman uşaq sürücü ilə sükan arasında anidən sıxılmaqla dünyasını dəyişə, sürücü isə xəsarət ala bilər.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












