Xırdalan şəhərində sürücülər üçün "ölüm sürprizi" - VİDEO

Xırdalan şəhərində yaşayan bir neçə sürücü orada olan təhlükə ilə bağlı redaksiyamıza müraciət ünvanlayıb. Onlar bildirir ki: “Xırdalan şəhəri Heydər Əliyev prospektində asfalt örtüyü dəyişdirildikdən sonra hərəkət hissəsini ayırmaq üçün səki daşlarından ayırıcı zolaq yaratdılar. Əslində ayırıcı zolağı yaratmaqla əks istiqamətə çıxıb tıxac yaradan sürücülərin qarşısını aldılar. Lakin təhlükəsizlik normalarına əməl edilməyib. Günün qaranlıq saatında hərəkət edən zaman ayrıcı zolağın başlanğıc hissəsi görünmədiyi üçün dəfələrlə təhlükə ilə üzləşmişik. Xoşbəxtlikdən təhlükədən yayına bilmişik. Amma bu təhlükə aradan qaldırılmasa, bir gün kiminsə ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verəcək”.
Həmin prospektə baş çəkən əməkdaşımız həqiqətən də şahidi olub ki, ayırıcı zolağın başlanğıcında və ayırıcı zolağın digər kəsiklərində nə maneəni sağdan keçməni bildirən 4.2.1 nişanı, nə də ki, hər hansı bir işıq qaytarıcı elementi olan yol nişanlanması var. Əslində bu cür yerlərə maneəni sağdan keçmə nişanı ilə bərabər, 2.7 nişanlanması da (təhlükəli sahələrdə yol səthindən hündürə çıxan təhlükəsizlik adacıqlarını göstərir) çəkilməlidir.
Ümid edirik ki, aidiyyəti qurumlar adıçəkilən prospektdə qeyd etdiyimiz problemləri aradan qaldıraraq sürücülərin rahat və təhlükəsiz hərəkətini təmin edəcək.
Təbriz
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












